Minimum əmək haqqı və sosial müavinətlərinin daim artırılması
əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimum, əmək pensiyasının minimum məbləğinin, sosial müavinətlərin davamlı olaraq artırılması sosial problemlərin həllində və əhalinin rifah halının yüksəlməsində, insan hüquqlarının etibarlı təmin edilməsinə böyük dönüş yaradıb.
Hafta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisin iclasında illik məruzə ilə çıxışı zamanı bildirib.
S.Əliyeva qeyd edib ki, il ərzində respublikamızda keçirilən böyük ictimai-siyasi əhəmiyyətə malik kütləvi tədbirlər ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılması baxımdan böyük əhəmiyyət daşıyır.
Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən hüquqi islahatlarının mühüm sahələrindən biri kimi insan hüquqlarının müdafiəsində mühüm müdafiə mexanizmi kimi Ombudsman institunun yaradılmasını mühüm faktor kimi qeyd edib və bu instutun insan hüquqlarının müdafiəsi istiqamətində apardığı uğurlu işləri önə çəkib.
S.Əliyevə 2022-ci ildə Ombudsmanın ünvanına 28 525 müraciətin daxil olduğunu qeyd edib. Bildirib ki, həmin müraciətlərə Konstitusiyada nəzərdə tutulmuş qaydada baxılıb.
“Vətəndaşların layiqli şəkildə rifah halının yüksəldilməsi məqsədi ilə onların məşğulluğun təmin edilməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir. Məşğulluq alt sistemdəki vakansiya bankndan münasib işlər təklif olunur. Barəsində elektron göndəriş formalaşdırmış vətəndaşlar bir çox hallarda həmin göndərişi verən müəssisələrlə müraciət edərkən müvafiq ştatda vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar. Bu da əsaslı şikayətlərə səbəb olur. Məşğulluq orqanları Vətəndaşın işlə təminatı prosesini nəzarətdə saxlamalı, vakant yerlərin formal xarakter almasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir. Vətəndaşlara verilən imtina cavabları araşdırılaraq nəticəsindən asılı olaraq tədbirlər görülməlidir”.
Ombudsman aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımı mexanizminin təkmiləşdirilməsinə də ehtiyac duyulduğunu deyib. Ombudsman hesab edir ki, yardımın təyin olunması zamanı istismara yararsız nəqliyyat vasitəsinin, komunal və rabitə xərclərinin nəzərə alınmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, habelə 5-dən çox uşağı olan qadınlara verilən müavinətin verilməsi zərurədir.
Ombudsman vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi və rəsmiləşdirilməsində ödənişlərə dair qərarların qəbulu zamanı tibbi sığırta komisiyaları ilə həkimlər arasında əlaqənin qurulmasına ehtiyac duyulduğunu önə çəkib.